“Kinooperator” sözü ləğv olundu -  AZƏRBAYCANDA
25 avqust 2021 14:05 (UTC +04:00)

“Kinooperator” sözü ləğv olundu - AZƏRBAYCANDA

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin növbəti iclası baş tutub və iclasda yeni qərar qəbul edilib.

Gildiyadan Lent.az-a verilən məlumata görə, kinooperatorların Sovetlər Birliyi dövründən  qalmış “kinooperator” peşə adının “təsvir rejissoru” adı ilə əvəz olunması ilə bağlı, peşəkarlardan daxil olan çoxsaylı müraciətlərə əsasən araşdırmalar aparıb və bu qənaətə gəlib ki, “operator” (latın) sözünün etimalogiyası, hər hansı bir işi görən, işlək mənasını daşıdığından, audiovizual əsərin təsviri ilə bağlı yaradıcı proseslərin rəhbəri olan və ona məsuliyyət daşıyan peşənin – “quruluşçu kinooperatorun” (bədii filmdə və tv seriallarda), kinooperatorun (sənədli və tv filmlərində) yaradıcı xarakterini və funksiyasını əks etdirmir. Digər tərəfdən “operator” sözünün mənasının ümumi və unversal xarakter daşıdığından, məsələn, avtooperatoru, qazoperatoru, radiooperator, rabitəoperatoru, turoperatoru, kompyuter operatoru və s. 100-dən artıq peşə adlarının mövcudluğu, audiovizual sahənin inkişafında önəmli yer tutan bu peşənin nüfuzuna xələl gətirmək ehtimalını yaradır və belə bir vacib sənətin əhəmiyyətini azaldır.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti bütün bunları nəzərə alaraq, Gildiyanın Kinooperator bölməsinin – bu sahənin peşəkarlarının təklifini qəbul edərək qərara alıb:

- Audiovizual əsərlərin (filmlərin) yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin “təsvir rejissoru” adlandırılmasını məqsədəuyğun hesab edilsin.

- Bununla bağlı audiovizual sahədə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, özəl qurumlara, dövlət idarə və müəssisələrinə bu təklifi və onun praktiki istifadəsinin dəstəklənməsi məqsədi ilə müraciət ünvanlandırılsın.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251
avatar

Nigar Adil

Oxşar yazılar