Rejissor, Xalq artisti, Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb.
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin çəkiliş meydanından foto
Lent.az xəbər verir ki, film, erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb, viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin çəkiliş meydanından foto
Filmdə Azərbaycan ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin çəkiliş meydanından foto
Qeyd edək ki, film, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır.
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin çəkiliş meydanından foto