“O fotonu silmək fikrimiz yoxdur” – Müşfiq Abbasovdan etirazlara CAVAB
03 noyabr 2020 12:07 (UTC +04:00)

“O fotonu silmək fikrimiz yoxdur” – Müşfiq Abbasovdan etirazlara CAVAB

“Biz o paylaşımda heç bir problem görmürük. Birincisi, o paylaşım zarafatdır, ikincisi də orada bizim əsgərlərimzə aid heç nə yoxdur.”

Bu sözləri “Bu şəhərdə” prodakşnın rəhbəri Müşfiq Abbasov onlara aid Facebook səhifəsindəki “Anna Akopyanın dəstəsi Qarabağdan qayıdır” adlı paylaşımın yaratdığı etirazlara münasibət olaraq bildirib. O, daha sonra əlavə edib:

“Hərənin öz fikri, fantaziyası var, hər kəs də o şəkli bir cür yoza bilər. Orda yaxşı şərh yazanlar da var. Şəkli səhifəmizdən silməmişik, silmək fikrimiz də yoxdur. Kim bu mövzunu əsgərlərimizə bağlayırsa, onlara qarşı olduğunu düşünürsə, çox böyük səhv edir. O şəklin başqa mənası da var, kişilər onu çox gözəl başa düşür. Orada neqativ şərh yazan qadınlardı, heç bir kişi neqativ şərh yazmayıb. Siz beş, on əsgərə o şəkli göstərib onlardan xəbər alın görün bu onlar üçün təhqirdi, yoxsa, yox. Onlar desələr ki, bu paylaşımı özləri üçün təhqir hesab edirlər, onda mən o şəkli silməyə hazıram. Çox yaxşı olar ki, ermənilər bu paylaşımı görsünlər və düşünsünlər ki, Paşinyanın arvadı Qarabağa gəlsə, nə ola bilər. Azərbaycanlılar onu elə gülə-gülə yola salacaqlar.”

(kulis.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1621
avatar

Oxşar yazılar