"Nəsimi" filmi tam bərpa edildi - FOTOLENT
21 dekabr 2019 12:34 (UTC +04:00)

"Nəsimi" filmi tam bərpa edildi - FOTOLENT

“Nəsimi” bədii filminin təqdimat mərasimi keçirilib.

Lent.az xəbər verir ki, dekabrın 20-də Nizami Kino Mərkəzində  böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi baş tutub. Təqdimat ANS Şirkətlər Qrupuna Daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası,  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond,  ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib və görkəmli şairin 650 illiyinə həsr edilib. 

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğuladı. “Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirdi.  Tamaşaçılara bərpa prosesinin necə aparılması da təqdim edilib.

Mərasimdə çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans” Studiyasına təşəkkürünü bildirdi. Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini bildirdi. 

Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirərək,  filmin çəkilişləri barədə təəssüratları ilə bölüşdülər. 

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib. 

Xatırladaq ki, “Nəsimi” filmi Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “BalANS” Milli Rəqəmsal Bərpa Studiyası, “Azərbaycanfilm" kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21