Varlıların balıq, kasıbların quş əti yemədiyi dövlət hansı olub? - TARİX
17 sentyabr 2024 22:30 (UTC +04:00)

Varlıların balıq, kasıbların quş əti yemədiyi dövlət hansı olub? - TARİX

Qədim insanların nə ilə qidalnadıqları, gündəlik qida rasionlarının nədən ibarət olduğu hər zaman diqqət mərkəzində olub. 

Lent.az Qədim Misirdə insanların qidalanma özəllikləri ilə bağlı kiçik araşdırma edib.

Qədim Misirdən danışarkən ilk növbədə ölkənin iqlim xüsusiyyətlərini xatırlamaq lazımdır. Misirlilərin qidalanması kəskin istilər və uzun müddətli qida saxlama problemlərindən başqa Nil daşqınlarından asılı idi: məhsudlar il gübrələnmiş Nil çayı yatağının daşqınlarla yuyulmasına və növbəti ilin quraqlıqla əvəz olunmasına səbə verirdi.

Buna görə Qədim Misirdən xəbər verən Harrisin böyük papirusunda aztapılan  qidaların qiymətli metallardan, geyimlərdən, ətirli yağlardan və s. daha az dəyərə malik olmadığına dair məlumat tapa bilərik.

Soğan və sarımsaq

Qədim misirlilərin, xüsusən də kasıb insanların sevimli yeməyi soğan və sarımsaq idi. Bölgədəki tərəvəz bağçılığının inkişafı yalnız bu qastronomik bağlılığı gücləndirdi. Soğan Misirin özünə Birinci Sülalənin hökmdarları dövründə müasir İran ərazisindən gətirildi. Bu bitki İsida tanrısının simvolu idi və buna görə də tez-tez sərdabələrdə və ya relyeflərdə tapılırdı.

Sarımsaq, Herodotun iddialarına görə, piramidaların inşasında işçilərə təklif olunan məhsullar arasında idi. Böyük Plini, öz növbəsində, qədim Misirdə soğan və sarımsağın şöhrətinin çox artdığını və hətta onların bütləşdirməyə başladığını qeyd edirdi.

Qarpız və qovun

Cənubi Afrikada tez-tez rast gəlinən vəhşi bir qarpız növündən misirlilər uğurlu yeni qaprız dövləti yetirişdirə bildi. Qədim məzarlarda tapılan qarpız toxumları və yarpaqları bunu sübit edir. Professor Şveinfurta görə, qədim dövrlərdən bəri qovunlar Nil vadisində və yuxarı Nildə tapılıb. Misir məbədlərindəki qədim təsvirlərdə, qurban verilən meyvələr arasında qovunu tanımaq çox asandır. Digər mənbələrə görə, qovun Hindistandan Misirə ərəblər tərəfindən gətirilib.

Kələm və göyərti

Kələm qədim misirlilərə də məlum idi. Onu sərxoşluğa qarşı yaxşı bir vasitə hesab edirdilər və hər yemək prosesini qaynadılmış kələmdə başlayırdılar. Qədim misirlilərin freskalarında tanrılara qurban verilən hədiyyələr arasında parlaq yaşıl rəngli qulançar təqdim olunur.

Üzüm, əncir, zetyun və xurma

Qədim Misirin bağları müxtəlif meyvə bitkiləri ilə fərqlənmirdi. Ən çox yayılmış məhsullar üzüm, əncir, xurma idi. Əncir ağacı yalnız dadlı meyvələrə görə deyil, həm də mumiya tabutları hazırlamaq üçün əla material kimi də yetişdirilmişdir. Köçəri Asiya hiksos tayfaları tərəfindən gətirilən nar, zeytun və alma ağacları Misirdə kök salır və yaxşı məhsul verdi. Zeytundan əldə edilən zeytun yağı yalnız qida məhsulu deyil, həm də işıqlandırma üçün bir material kimi istifadə edilmişdir. Zeytun görünüşündən əvvəl misirlilər digər yağlı bitkilər, əsasən qoz ağacı yetişdirirdilər.

Çörək

Qədim misirlilərin yediyi çörək məhsullarının növlərini ifadə edən ən azı 15 söz qorunub saxlanılıb: arpadan və buğdadan, mayasız və mayalı xəmirdən, yumşaq və xırtıldayan, bal və meyvə ilə, yağ və sarımsaq ilə bişirilən çoxsaylı çörək növləri Qədim Misirdə çörəkçiliyin böyük inkişafından xəbər verirdi.
Çörək bişirmək zəhmətli bir iş idi. Taxıl daş həvəngə tökülüк və orada dəstəciklə xırdalanırdı. Sonra xüsusi qablarda süzülür və ağır dəyirman daşları vasitəsilə üyüdülürdü. Unun incə üyüdülməsinə nail olmaq üçün hər porsiya bir neçə dəfə işlənilirdi. Xəmir yoğrulur, metal və ya gil qəliblərə tökülür və sobaya göndərilirdi. 

Ət

Bəlkə də zəngin misirlilər ət kimi heç nəyi sevmirdilər. Onlar böyük miqdarda ət qəbul edirdilər. Yəqin ki, buna görə Misir sərdabələrində qurban kəsilmək üçün nəzərdə tutulmuş heyvan sürülərinin şəkillərinə rast gəlinir. Misirlilərin mətbəxində əsas yer müəyyən müddət bəslənmiş öküzlərə verildirdi. Öküzlərin çəkiləri hərəkət etmələrinə imkan vermədiyi həddə çatanda artıq kəsilirdi. Xüsusi kahinlər ətin keyfiyyətini bir daha yoxladıqdan sonra ət süfrəyə təqdim olunurdu. 
Quş əti də Qədim Misirdə geniş istifadə olunurdu. Toyuq, ördək, qaz əti kimi ənənəvi ev quşları ilə yanaşı misirlilər durna əti yeməyi də çox sevirdilər. Bu quşun əti delikates sayılırdı və varlı məclislərində əsas təamlardan sayılırdı.

Maraqlıdır ki, Qədim Misirdə varlıların balıq əti yeməsi onun təmiz olması iddiası ilə qəbul edilmirdi. Amma kasıb misirlilər həvəslə balıq ovlayır və yeyirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11526
avatar

Vüqar İsmayılov

Oxşar yazılar