Ulduzlar sistemində altıncı yeri tutan Tərəzi bürcü təxminən 24 sentyabrdan 22 oktyabra qədər olan dövrü əhatə edir. Veneranın idarə etdiyi, hava qrupuna aid olan tərəzi bürcləri ədalətli mühakimə aparmaq bacarıqları ilə bilinir.
Bəs, ayrılıqda tərəzi bürcünün kişi nümayəndələrinin xarakteri necədir?
Lent.az onların xarakterlərini təqdim edir:
Tərəzi bürcünün kişi nümayəndələri əsasən qərarsızlıqları ilə tanınır. Amma bununla yanaşı onlar çox sosial insanlardır və əylənməyi sevirlər. Tərəzi kişiləri sevməyi və sevilməyi xoşlayır. Tərəzi bürcü altında doğulan şəxslər qayğıkeş olub hər şeylərini bölüşməyə hazırdırlar.
Tərəzi bürcünün müsbət tərəfləri əsasən məntiqli qərar verməkləri və olduqları mühitdə hörmət qazanmağı bacarmaqlarıdır. Onlar həm cazibədar, həm də emosionaldır. Yaxşı həmsöhbətdirlər. Xeyirxah insanlardır, ədalət hissləri ilə hər şeyə bərabər yanaşırlar. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşürlər.
Onların mənfi xüsusiyyətləri dedikdə ağla ilk dəyişkən əhval-ruhiyyələri gəlir. Kimlərlə olmasından asılı olmayaraq hər an kefləri dəyişə bilir. Bununla yanaşı, tərəzi kişiləri intiqamı sevəndirlər.
Tərəzi kişisi mükəmməl sevgilidir. Onlar daim sevgi axtarışdadırlar. Onlar üçün sevgi maddiyyatdan daha vacibdir. Tərəzi bürcünün kişi nümayəndələri həyat yoldaşlarına və ya sevgililərinə sürpriz etməyi sevir. Onlarda daim sevgisiz yaşamaq qorxusu var. Eyni zamanda tərəzi kişiləri çox nazlıdırlar. Buna görə də münasibətlərində həmişə problemlər yaranır.
İş həyatında gəldikdə isə Tərəzi kişiləri adətən bədii məsələlərdə istedadlıdırlar. Onlar narahat və stresli mühitlərdə işləməyi sevmirlər. İstədikləri işdə çalışmaq onlar üçün çox vacib faktorlardan biridir.