Kütahyanın Aslanapa rayonunda "Qaz Festivalı" gözəllik yarışması keçirilib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, qaz yetişdirməklə məşhurlaşan Aslanapada kürsüyə qazlar çıxarılıb. Rayon rəhbərliyinin təşkil etdiyi "Ən Gözəl Qaz Yarışması"na 18 nəfər bəzədikləri qazlar ilə birlikdə qatılıb. Münsiflərin görünüş, çəki və təmizlik baxımından etdikləri qiymətləndirmələr nəticəsində Ayşe Ergünün qazı birinci, Züleyha Kocakuşanınkı ikinci, Emine Dilsizinkü üçüncü yeri qazanıb. Yarışda yüksək yer tutan qazlara medallar verilərkən, sahiblərinə müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirin sonunda qaz yetişdirmə kursunu bitirən 20 kursant sertifikatla təltif edilib.