Oruc tutan, sağlam qidalanan, vegetarian MİLYONÇULAR - FOTO
17 aprel 2021 14:47 (UTC +04:00)

Oruc tutan, sağlam qidalanan, vegetarian MİLYONÇULAR - FOTO

Məşhur milyonçuların həyat tərzi hər zaman insanlar üçün maraqlıdır. Onların necə yaşadıqları, sərvətlərinin dəyəri, nə ilə qidalandıqları çox vaxt müzakirə olunur.

Lent.az dünyanın məşhur milyonçularının necə qidalandıqlarını təqdim edir:

Uorren Baffet

Uorren Baffet son10 ilin ən uğurlu investorlarından biridir. Onun tərəfindən yaradılmış sxem və qaydalar, qiymətli kağızlar bazarında əməliyyat aparan ticarətçilər üçün əsl dərsliyə çevrilib.

87 yaşlı iş adamı səhərlər şokoladlı dondurma yeyir. Bundan əlavə, onun gündəlik qidasında  kartof qızartrması və 5 ədəd koco-kola üstünlük təşkil edir.
 
Stiv Jobs

"Apple" şirkətində fəaliyyət göstərdiyi illər ərzində sadəcə, 1 dollar simvolik maaş alan Stiv Cobsa yaşamaq üşün 5.5 milyon dəyərindəki şirkət səhmləri kifayət edirdi. Vegeterian olan Cobsun qida siyahısında alma, kök üstünlük təşkil edib. O, çox vaxt oruc tuturdu. Yaponiyada səfərdə olan zaman isə suşi ilə qidalanaraq, vegeterian dietasına fasilə verirdi.
 
Elon Musk

Elektrikli, sürücüsüz maşınlar, kosmos araşdırmaları kimi bir çox naliyyətlərə imza atan Elon Mask 2007-ci ildən həftədə 100 saat çalışır. Səhər yeməklərində ən çox şokolad yeyir. Koloridən azad olmaq üçün gün ərzində 8 qutu diyetalı kola içir.
 
 Mark Zukerberq
 


"Facebook" SEO-su Mark Zukerberq 2011-ci ildən ancaq öz ovladığı heyvanları yeyir. O, bunu sağlam qidalanmaq istəyi ilə şərh edir.
 
Richard Branson 
 
 
Sərmayəçi və iş adamı olan Riçard Branson 350-dən çox şirkəti olan "Virgin" Qrupunun rəhbəridir. Çay sevən Branson gündə 20 stkandan çox  ingilis çayı içir. Milyonçular içərisində ən sağlanm qidalanan Riçard səhər yeməklərində meyvə salatı yeyir. Gün ərzində balıq yeməklərinə üstünlük verir.
 
 Ceff Bezos
 
 
Sağlam qidalanmanı seçən daha bir sahibkar Amazon şirkətini qurucusu Ceff Bezosdur. O davamlı olaraq eyni səhər yeməyindən istifadə etmir. Bundan əlavə, Bezos ailəsi ilə də zaman keçirməyə xüsusi önəm verir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843
avatar

Nigar Adil

Oxşar yazılar