Sezar salatı dünyanın əksər ölkələrinin mətbəxində özünə yer etmiş təamadır.
Lent.az bu məşhur salatın maraqlı yaranma tarixi ilə bağlı yazını təqdim edir.
Sezar salatını Qədim Roma ilə birləşdirən yeganə amil - Romano kahısının onun inqridientləri sırasında olmasıdır. Yəni, bu dünyaca məşhur kulinariya əsərinin Roma İmperatoru Qay Yuli Sezarla heç bir əlaqəsi yoxdur.
Bununla belə, Sezar salatının yaradıcısının taleyi də macəralarla dolu və sürprizlərlə zəngin olub. Sezar Kardini (1896-1956) İtaliyada anadan olub. Birinci Dünya Müharibəsindən sonra o, bir neçə dəfə Amerikaya səfər edir və nəhayət 1919-cu ildə birdəfəlik köçmək qərarına gəlir. Əvvəlcə o, özünü Kaliforniya ştatının Sakramento və San-Dieqo şəhərlərində restoran biznesində sınadı. Bununla belə, 1920-ci ildə ABŞ-da spirtli içki satışına qoyulan qadağanın tətbiqi təşəbbüskar italyan restorator üçün yeni perspektivlər açdı. O, əsas ticarət obyektini Meksikanın Tixuana şəhərində qurdu. Şəhər ABŞ sərhədindən cəmi bir neçə kilometr aralıda yerləşirdi, lakin Amerikanın spirtli içki satışına qoyduğu məhdudiyyətlər təbii olaraq Sezar Kardininin Tixuanadakı restoranına şamil edilmirdi. Tezliklə şəhər Hollivud məşhurlarının istirahət zonasına çevrildi və Kardininin “Caesar’s Place” restoranı istirahət zonasının yeni mirvarisi oldu.
Əfsanəyə görə, məhz bu restoranda Sezarın ağlına yeni bir yeməyi hazırlamaq ideyası gəldi. 4 iyul 1924-cü ildə ABŞ-ın Müstəqillik Günündə müəssisə amerikalı qonaqlarla dolu idi. İçki ehtiyatı bol idi, amma yemək sürətlə azalır, ərzaq almaq üçün mağazalar isə bağlı idi. Müştəriləri məmnun etmək üçün uzun müddət düşünməyə vaxt yox idi. Və Kardini əlində olan vasitələrdən istifadə edərək salat hazırlamaq qərarına gəlir. O, reston anbarında olan Romano kahısının yarpaqlarını incə doğradıqdan sonra üzərinə zeytun yağı tökdü və tələskənliklə hazırladığı sousu əlavə etdi. O, qaynamaq üzrə olan yumurtaları sarımsaq, limon suyu, vuster sousu və sürtgəcdən keçirilmiş parmezan pendiri ilə qarışdırdı. Və kompozisiyasını qızardılmış çörək tikələri ilə tamamladı.
Amerikalı qonaqlar yeni salatın dadından çox məmnun idilər.
Sonradan yaradıcısının adının şərəfinə Sezar adlanacaq salat yüngül, lakin ağır (yumurta və yağ sayəsində) qəlyanaltı kimi dərhal populyarlıq qazandı. Amerika kulinariyasının klassiki Culiya Çayld təsadüfən hələ uşaq ikən Kardinin restoranında olur. Uzun illər sonra, Amerika televiziyasında aparıcı kimi çalışarkən, o, uşaqlıqda bu əfsanəvi yeməyi "birinci əldən" dadmaq fürsətinin olduğunu xatırlayırdı.
1948-ci ildə Sezar Kardini yaratdığı salata patent almaq üçün müraciət edir.
Bu gün Sezar salatı həm toyuqdan, həm xırda dəniz xərçəngindən, həm də ançousdan hazırlanır, hamsi əlavə edilir. Ancaq Sezar Kardininin bu ilk resepti kulinariya tarixinə əbədi olaraq düşdü. 1953-cü ildə Paris Epikür Cəmiyyəti Kardininin kulinariya işini son 50 ildə Amerikada yaradılmış ən yaxşı resept adlandırdı.
İndi bu salat dünya şöhrətinə malikdir. Bəzən bir restoranın keyfiyyətinə “Toyuq döşü olan Sezar”ı necə hazırladığına görə qiymət verir. Odur ki, Ren-TV izləyiciləri üçün sizə deyirəm ki, müəssisənin menyusunda bəzi dəbdəbəli yeməklərə baxmaq lazım deyil. Qoy onlar Sezar salatını hazırlasınlar və əgər xoşunuza gəlsə, sizi əmin edirəm ki, menyunun qalan hissəsi də sizi heyran edəcək.