Milyarderlərin ən çox yaşadığı şəhərlər -  FOTO
05 aprel 2021 18:39 (UTC +04:00)

Milyarderlərin ən çox yaşadığı şəhərlər - FOTO

Dünyanın 67 fərqli ölkəsində 1810 milyarder yaşayır. Asiyada 14, Avropa və ABŞ-da 6, Cənubi Amerikada isə 1 milyarder yaşayır.

Lent.az xarici KİV-ə istinadən dünya şəhərlərində yaşayan milyarderlərini sayını və həmin şəhərin ən zəngin insanının adını təqdim edir:

Kaliforniya ştatında yerləşən Palo-Alto şəhərində 13 milyarder yaşayır. Şəhərin ən zəngin insanı “İnstagram”, “Facebook” və “WhatsApp” sosial şəbəkələrinin sahibi Makr Zukerberqdir.

İsveçrə ilə Fransa sərhədindəki Leman gölü sahilində yerləşən, bir çox beynəlxalq qurumların mərkəzi olan Cenevrədə 13 milyarder yaşayır. Şəhərin ən zəngin insanı Gennadı Timaçenkodur.

Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzi olan Çikaqoda 13 milyarder yaşayır. Ken Griffindi onlar içərisində ən zənginidir.

Dubayda 14 milyarder yaşayır və şəhərin ən varlı sakini Məcid Əl Futtaimdir.

Texas ştatında yerləşən Dallas şəhərində 16 milyarder yaşayır. Ən zəngin sakini Andrey Bealdır.  

Tokionun ən zəngin sakini Tadaşi Yanaidir və şəhərdə 18 milyarder yaşayır.

ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhali sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəri olan Los-Ancelesdə 20 milyarder yaşayır. Onların içərisində ən zəngini  Patrik Soon-Shionqdur.

Fransanın paytaxtı Parisdə 22 zəngin insan yaşayır. Onlardan Liliane Bettencourt ilk sıradadır.

Türkiyənin İstanbul şəhərində 26 milyarder yaşayır. Onların içərisində ən zəngini Murat Ülkerdir.

Dünyanın ən bahalı şəhərlərindən biri olan Moskvada 60 milyarder yaşayır. Onların içərisində ilk yerdə Leonid Mikelson dayanır.

 

8 milyonluq əhalisi olan Nyu-York şəhəri ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. Şəhərdə 79 milyarder yaşayır və onlarn ən zəngini Mişel Blomberqdir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5103
avatar

Nigar Adil

Oxşar yazılar