Kişilər niyə tez-tez maska taxmaqdan imtina edir? - ARAŞDIRMA
05 dekabr 2020 13:18 (UTC +04:00)

Kişilər niyə tez-tez maska taxmaqdan imtina edir? - ARAŞDIRMA

Ümumdinya Səhiyyə Təşkilatı (ÜST) ictimai yerlərdə, qapalı məkanlarda və insanların kütləvi olduğu yerlərdə maskadan istifadə etməyi israrla tövsiyə edir.

Bəzən kişilər qadınlara nisbətən bu qaydanı daha çox qulaqardına vururlar. Alimlər bunun səbəbini izah ediblər.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Berkli (Kaliforniya) və Middlesex (London) universitetlərinin tədqiqatçıları sorğu keçiriblər. Rəyi soruşulanların digər insanlarla ünsiyyət zamanı və ictimai yerlərdə olduqda tez-tez maska taxıb-taxmadıqlarını öyrəniblər.

Araşdırmanın nəticələrinə  görə, qadınların bu suallara müsbət cavab vermə nisbəti daha yüksək olub. Kişilər isə ayıb hesab etdikləri üçün şəxsi qoruyucu vasitələr taxmadıqlarını söyləyiblər. Maskaların məcburi tələb olunmadığı ölkələrin kişiləri bu cavabı verib.

İnsan davranışlarını tədqiq edən alimlərin qənaətinə görə, kişilər ümumiyyətlə həyat və sağlamlıq üçün təhdidlərə daha qayğısız yanaşırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4530
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar