Evdən çıxmazdan əvvəl etməməli olduğunuz 5 ŞEY
11 oktyabr 2025 16:01 (UTC +04:00)

Evdən çıxmazdan əvvəl etməməli olduğunuz 5 ŞEY

0

Bu sadə qaydalar bir növ talisman kimi işləyir, insanı uğur və özünəinam üçün kökləyir. Onlara əməl etdikdə gününüz daha yüngül keçir və xoşagəlməz hallar sizdən yan keçir. Günümüz çox vaxt necə başladığından asılıdır. Xalq arasında hesab olunur ki, evdən çıxmazdan əvvəl edilən bəzi hərəkətlər insanı uğursuzluğa, mübahisələrə və xırda problemlərə “programlaya” bilər. Buna görə də qədimdən insanlar sadə qaydalar müəyyənləşdiriblər ki, gün ahəngdar və rahat keçsin.

Lent.az bu 5 əlaməti təqdim edir:

1. Mübahisə etməyin və səsinizi qaldırmayın

Xalq hikməti deyir: necə evdən çıxarsansa, günün də elə keçər. Səhər ailə üzvləri ilə mübahisə və ya qışqırıq bütün gün əhvalı korlaya və konfliktləri özünə cəlb edə bilər. Münasibətləri aydınlaşdırmağı axşama saxlamaq, səhər isə bir-birinizə xoş söz demək tövsiyə olunur.

2. Evi ac qarına tərk etməyin

Əcdadlarımız inanırdılar ki, ac evdən çıxan insan yoxsulluğu və çətinliyi özünə çəkir. Həkimlər də bunu təsdiqləyirlər: səhər yeməksiz qalmaq yorğunluq, əsəbilik və diqqətin azalmasına səbəb ola bilər. Hətta yüngül qəlyanaltı belə günün enerjili və pozitiv keçməsinə zəmanətdir.

3. Evi dağınıq qoymayın

Dağınıqlıq evdə düşüncələrdə qarışıqlığın simvolu sayılır. Evi səliqəsiz qoyub çıxmaq işdə və gündəlik işlərdə qarışıqlıq və narahatlıq gətirə bilər. Bir neçə dəqiqə ayırıb evdə nizam yaratmaq isə harmoniya hissi yaradır və məhsuldar gün üçün ruhlandırır.

4. Aynaya pis fikirlərlə baxmayın

Bir çox mədəniyyətlərdə güzgü insanın enerjisini əks etdirən sehrli əşya kimi qəbul edilir. Əgər aynaya əsəb və ya neqativ hisslərlə baxsanız, bu ovqatı bütün gün üçün möhkəmləndirə bilərsiniz. Ən yaxşısı özünüzə gülümsəyin, hətta əhvalınız yaxşı olmasa belə. Bu, sadə, amma əhvalı yüksəldən təsirli üsuldur.

5. Evin qapısından çıxandan sonra geri qayıtmayın

Bir inanca görə, artıq qapıdan çıxmısınızsa, geri qayıtmaq olmaz yoxsa gün “alt-üst” olar. Əgər nəyisə unutmusunuzsa və geri dönməyiniz vacibdirsə, qapıdan çıxmazdan əvvəl bir anlıq aynaya baxmaq və ya oturmaq məsləhətdir. Bu rituallar neqativi “sındırır” və uğursuzluğun qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar