Duş qəbul edərkən bir çox insan dərilərinə zərər verə biləcək səhvə yol verir.
Lent.az-ın məlumatına görə, söhbət qaynar su ilə yuyunma vərdişindən gedir.
Bu addım zərərsiz görünsə də, üzün dərisinə mənfi təsir göstərə bilər.
Niyə isti su dərinizə zərərlidir?
Dəriyə qulluq üzrə mütəxəssis Karolin Hirons xəbərdarlıq edir ki, üzünüzü isti su ilə yumaq kapilyarların parçalanmasına səbəb ola bilər. Bu, yüksək temperaturun təsiri altında qan damarlarının genişlənməsi səbəbindən baş verir.
Karolin isti su əvəzinə sərin və ya ilıq su istifadə etməyi tövsiyə edir.
"Üz bədəndən çox daha həssasdır. Duşdan sonra yanaqlarınız parlaq qırmızıya çevrilirsə, su çox isti olub və temperaturu aşağı salmaq lazımdır", - deyə o izah edir.
Qaynar su dəriyə necə təsir edir?
İsti su ilə yuyunma təkcə kapilyarları zədələmir, həm də dərinin təbii qoruyucu baryerini məhv edərək onu təbii yağlardan məhrum edir. Bu, quruluğa, qıcıqlanmaya və səpkilərə səbəb olur.
Sağlam dəri üçün üzünüzü səhər və axşam orta temperaturda su ilə təmizləmək lazımdır.
Sağlam dərinizi qorumaq üçün bu qaydalara riayət etmək kifayətdir:
- Gündə iki dəfə təmizləyici və nəmləndirici istifadə edin.
- Mütəmadi olaraq SPF 50 ilə günəş kremi çəkin.
- Dərinin toxumasını yaxşılaşdırmaq üçün turşular və retinoidlər olan məhsullardan istifadə edin.
- Parlaq dəri üçün C vitamini məhsulları və üz yağlarını qulluğunuza daxil edin.