Dünyanın nəhəng buzlağı A68a
09 dekabr 2020 18:34 (UTC +04:00)

Dünyanın nəhəng buzlağı A68a

Dünyanın nəhəng buzlağı əriyir

İngiltərə Müdafiə Nazirliyinə məxsus nəqliyyat təyyarəsi tərəfindən çəkilən görüntülər dünyanın nəhəng buzlağı A68a-nın son 3 ildə 1800 kvadrat kilometr əridiyini göstərir.

Lent.az xəbər verir ki, BBC-nin məlumatına görə, A400 nəqliyyat təyyarəsi buzlağın qeyri-sabit hərəkətlərini müşahidə etmək üçün ərazidə aşağı enərək reallaşdırdığı uçuş nəticəsində aysberqdə və sualtı tunellərdə çoxlu çatlaqlar olduğunu müşahidə edib. Həmin məlumatlar və son həftələrdə əldə edilən peyk şəkilləri A68a-nın kənarlarının güclü dalğa hərəkətləri ilə sürətlə parçalandığını göstərir. Məlumata görə, Aysberqdən qopan hissələr dəniz nəqliyyatının təhlükəsizliyi baxımından izlənilməlidir.

Son görüntülərə görə 2017-ci ildə Antarktika buz təbəqəsindən qopduqdan sonra 6.000 kvadrat kilometr olduğu təxmin edilən A68a buzlağı sürətli ərimə nəticəsində 4200 kvadrat kilometr olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4221
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar