Dünya liderlərinin İLK PEŞƏLƏRİ:  Metallurq, şoumen, küçətəmizləyən...
20 dekabr 2021 18:16 (UTC +04:00)

Dünya liderlərinin İLK PEŞƏLƏRİ: Metallurq, şoumen, küçətəmizləyən...

Dünya liderlərinin özəl həyatları, keçmiş vəzifələri həmişə diqqət mərkəzində olub. Onlar ciddi qərarlar qəbul edib, dünyanın gələcəyi üçün kritik qərarlar qəbul edirlər. Həmin liderlərin gənclik illərində gördüyü işlər də kifayət qədər maraqlıdır. Putin çıxışlarının birində Sovet İttifaqının dağılmasından sonra keçinmək üçün taksi sürdüyünü etiraf edib. Elə bu etirafdan sonra Rusiya və Avropa mətbuatı liderlərin əvvəlki işlərini yenidən gündəmə gətirib. 

Lent.az dünya liderlərinin keçmiş peşələrini sizə təqdim edir: 

1. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş həyatına ibtidai sinif vaxtlarında atılıb, su, simit satıb. Yenə eyni dönəmdə futbol oyunları zamanı su satması onu futbola marağını artırıb.Bir müddət futbol da oynayıb. 1978-ci ildə Bəyoğlu Gənclik Şöbələri başqanlığı ilə siyasətə gəlib.

2. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev "Kazmetalurqstroy" trestində fəhlə işləyib. 1960–1969-cu illərdə Karağanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 

3. Belarus prezidenti Aleksandr Lukaşenko 1982-1985-ci illərdə kolxozda sədr müavini vəzifəsində çalışıb. Şklov rayonundakı “Qorodets” sovxozunda və tikinti materialları zavodunda direktor işləyib. 

4. Ukrayna Prezidenti Vladimir Zelenski “95-ci kvartal” stand-up şousunun yaradıcısı, keçmiş komediya ustası, "Qudalar" serialının prodüseri, "Xalqın xidmətçisi", "Böyük şəhərdə sevgi" və "İlk 8 görüş" seriallarının qəhrəmanı kimi tanınıb. 

5. Almaniyanın keçmiş kansleri Angela Merkel ilk qazancını böyürtkən alveri etməklə qazanıb. Leypsiqdə təhsil aldığı illərdə “Angela” adlı diskoteka təşkil edirdi. Bu diskotekalarda da o, boş oturmurdu, cib xərci əldə etmək üçün şirə və digər içkilər satırdı.

6. Emmanüel Makron keçmiş investisya bankiri olub. Paris-Nanter Universitetində fəlsəfə təhsili alıb. Bu sahədə magistr dərəcəsi var. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub.

 

7. ABŞ-ın keçmiş prezident Donald Tramp ailə biznesində əmlakçı olub. O, karyerasını atasının yanında və ilk dövrdə onun məsləhəti ilə Bruklində, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayıb.

8. Katolik dünyasının lideri Papa Fransisk gəncliyində vətəni Argentinada barlardan birində mühafizəçisi kimi çalışıb. 

9. Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev küçədə təmizlik işçisi kimi işləyib.

10. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov əslində diş həkimidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb.

11. Böyük Britaniyanın baş naziri Boris Conson jurnalist olub.

12. ABŞ-ın keçmiş prezident Barak Obama gəncliyində suvenir və sendviç satıb. 

13. İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ilk peşəsi fotoqraflıq olub.

14. Venesuelanın hazırkı prezidenti Nikolas Maduro keçmiş avtobus sürücüsü idi.

15. Sloveniya prezidenti Borut Pahor keçmiş modeldir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7695
avatar

Sevinc Fərid

Oxşar yazılar