Bu ölkədə generalların  niyə bu qədər çox medalı var? - MARAQLI SƏBƏB
31 may 2024 20:15 (UTC +04:00)

Bu ölkədə generalların niyə bu qədər çox medalı var? - MARAQLI SƏBƏB

Şimali Koreyanın rəsmi olaraq iştirak etdiyi ilk və son müharibə 1950-1953-cü illəri əhatə edən Koreya müharibəsi olub. Həmin müharibədən 71 il keçib. Buna baxmayaraq, sosial şəbəkələrdə Şimali Koreyalı generalların çoxsaylı orden və medallar taxılmış hərbi formalarda fotoları geniş müzakirə doğurub. İnternet istifadəçiləri sonuncu dəfə 71 il əvvəl müharibə edən ölkədə yüksək rütbəli zabitlərin bu qədər medalı necə almasını sual edib.

Lent.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Şimali Koreya 1945-ci ildə Yaponiya işğalı altından azad edilərkən təsiri altında olduqları Sovet İttifaqından kütləvi mükafatların verilməsi ideyasını götürdülər. Buna sonradan Şimali Koreyanın ilk lideri olacaq Kim İr Senin II Dünya Müharibəsi illərində Qırmızı Orduda xidmət edərkən dəfələrlə müxtəlif medal və ordenlərlə təltif olunması əsas verdi.

Müharibə başa çatdıqdan sonra Şimali Koreya rəhbərliyi "böyük qardaş"ından nümunə götürərək yeni mükafat sistemi hazırladı. Lakin tezliklə koreyalılar mükafat məsələsində SSRİ-ni də üstələdilər. Şimali Koreyada zabitlər tez-tez əmək və inzibati nailiyyətlərə görə ordenlərlə təltif olunurlar.

Bu mükafatlar onların karyerası və ömrü boyu toplanır. Koreyalı generallara mükafatlar hər sahə üzrə - elektrik stansiyalarının və ya bəndlərin tikintisində iştirak etmək, balıqçılıq, mədəndə kömür çıxarmaq, böyük məhsul əldə etmək, sərhəd xidmətini təşkil etmək, hərbi intizama görə və s. verilir.

Mükafatlar təkcə kişilərə deyil, qadınlara da verilir. Belə ki, ölkədə qadınlar 3 il hərbi təlim keçirlər. Kişilər isə 10 il müddətinə hərbi xidmətə çağırılırlar.

Bundan başqa, mükafatların çoxluğuna Koreyada mövcud olan “üç nəsil” ənənəsi də təsir göstərir.

Belə ki, 1 nəfərin hünəri ondan sonrakı 2 nəslin ayağına yazılır. Bu yolla babası hərbi mükafat alan koreyalı həm onun, həm də atasının orden və medallarını öz hərbi formasına taxa bilər.

Mükafatlar gənclik yaşlarından verilməyə başlayır və buna görə müəyyən yaşda Şimali Koreyalı generalların sinəsinə taxılan orden və medalların sayı 30, bəzən isə 40-dan çox olur.

Hazırda Şimali Koreyada hər birinin 5 dərəcəsi olan 10 orden var, çoxsaylı medalları və lentləri var.

Müharibə iştirakçısı olmasa da, Şimali Koreyada hərbçilərin bu qədər çox orden və medallarla görüntülənməsinin səbəbi məhz budur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7146
avatar

Vüqar İsmayılov

Oxşar yazılar