Amerikalı Keti Van Blarikum qeyri-adi işlə məşğul olur. O kəpənək “cərrahıdır”.
Lent.az-ın xəbərinə görə, 36 yaşlı Keti ABŞ-da Kanzas ştatında zooparkda işləyir. O qanadı qırılmış kəpənəyə yeni qanad düzəldib və ona həyat verib.
Belə ki, Keti qanadı qopmuş kəpənəyə başqa bir ölmüş kəpənəyin qanadlarını yapışdırıb. Bunu yapışqan və iynələr vasitəsilə həyata keçirib. Kəpənəyin nə qədər zərif canlı olduğunu hər kəs bilir.
Onu incitməmək üçün olduqca ehtiyatla işləyən Ketinin keçirdiyi əməliyyatdan 3 gün sonra kəpənək uçmağa başlayıb.