“Yıxıldım, huşumu itirdim” - Əməkdar artist
18 aprel 2024 10:18 (UTC +04:00)

“Yıxıldım, huşumu itirdim” - Əməkdar artist

Əməkdar artist Kübra Əliyeva yıxılaraq ağır xəsarət almasından danışıb.

Lent.az-ın xəbərinə görə, o ekspert kimi qatıldığı teleproqramda bu barədə danışıb.

“Bir neçə həftə əvvəl yıxıldım, ayağımdan və başımdan ağır zədə aldım.  

Sanki kimsə məni qaldırıb yerə çırpmışdı. Nələrin baş verdiyindən bixəbər idim. Bu Allahdan  gələn bir sınaqdır. Görünür Allah mənim hansısa bir günahımı bağışladı. Yıxılanda gicgahım dəyib. Hadisənin üzərindən bir gün keçəndən sonra gördüm ki, sanki gözümün içinə nar sıxmışdırlar, qıpqırmızı idi. Nə qədər huşsuz qalmışam bilmirəm. Gözümü açanda sarışın bir qız gördüm. Müğənni Kifayət Gəncəlinin qızı olduğunu dedi”.- o bildirib.
Aktrisa artıq özünü yaxşı hiss etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4230
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar