Xərçəng olan ulduz  saçları ilə   belə vidalaşdı - FOTOLENT
17 mart 2025 18:06 (UTC +04:00)

Xərçəng olan ulduz saçları ilə belə vidalaşdı - FOTOLENT

Nursel Ergin xərçəng müalicəsi səbəbilə saçlarını qırxdı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin məşhur televiziya aparıcısı Nursel Ergin, xərçənglə mübarizəsi çərçivəsində saçlarını qırxdığı anı sosial media hesabında paylaşdı.

Xəstəliyin aşkarlanması və müalicə prosesi

44 yaşlı Nursel Ergin, 8 ay boyunca döş və uşaqlıq xərçəngi ilə mübarizə apardığını açıqlamışdı. O, xəstəliyin diaqnozunu və müalicə prosesini belə izah etmişdi:

"Həkimə getdim. Müayinə zamanı dərhal müəyyən edildi. Biopsiya aparılmasına qərar verildi. Çox ağrılı bir prosesdir, nəticəni gözləmək çox pis bir hissdir... Gözəl nəticələrlə qarşılaşmadım. Uşaqlıqdan sonra yaşadığım ikinci şok döşümə aid idi. Əvvəlcə “müalicəyə ehtiyacım olmayacaq” deyildi, amma sonra reallıqla üzləşdim; 6 seans kimyaterapiya aldım. Mənə proseslə bağlı məlumat verildi. İlk kimyaterapiyaya girdiyimdə, meditasiya musiqisi qoydum və belə düşündüm: bu məni sağaldacaq bir şəfadır. Kimyaterapiya inanılmaz şeylər edir bədənə, çətin bir prosesdir, bu müddətə özünüzü möhkəm hazırlamalısınız."

Saçlarını qırxdığı anı paylaşdı

Ergin, sosial media hesabında saçlarını qırxdığı anı paylaşaraq, "Bu anı əsla unutmayacağam" qeydini yazdı. Daha sonra, saçlarını əvvəlcə qısa kəsdirdiyini, lakin tamamilə qırxmağı tövsiyə etdiyini bildirərək, "Siz elə etməyin, tamamilə qırxın... Elə bilin yeni doğulmuş körpə kimisiniz" ifadələrini istifadə etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar