Türkiyəyə köçən müğənni Röya Ayxan bu ölkənin musiqi tənqidçilərinin diqqətini çəkib. Lent.az-ın məlumatına görə, Türkiyənin tanınmış musiqi yazarı və radio aparıcısı Yavuz Hakan Tok həmyerlimiz haqqında xoş sözlər söyləyib. Tok Röya ilə bağlı yazdığı yazıda ifaçının Türkiyədə işıq üzü görən “Göndər” adlı mahnısını dinlədiyini və bəyəndiyini qeyd edib: “Mənə elə gəlir ki, Röya Türkiyədə qəbul olunacaq bir səs tembrinə malikdir. Görünüşü ilə səsi bir-birini tamamlayır. Cazibədar xanımdır. Səsi isə ovsunlayıcıdır” .
Türkiyənin məşhur tənqidçisi Röyadan söz açıb
3555