Toliklə Aygün Kazımova ayrıldı
22 yanvar 2013 11:01 (UTC +04:00)

Toliklə Aygün Kazımova ayrıldı

Qalmaqallı prodüser Tarix Əliyev (Tolik) xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub. Lent.az-ın məlumatına görə, Tolik bu barədə özünün Facebook səhifəsində yazıb. O bildirib ki, bu gündən etibarən Aygün Kazımova ilə işbirliyinə son qoyub: “Bir il ərzində çalışdığım Aygün Kazımova ilə iş fəaliyyətimizə son qoyduq. Bu, ikitərəfli razılaşma əsasında həyata keçirildi. Hamıdan bu məsələni düzgün formada təhlil etməyi xahiş edirəm. Pərəstişkarlarımıza və "Facebook" sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırıram ki, hazırda Aygün xanımla aramızda heç bir inciklik olmayıb. Və ayrılmağımız normal şəkildə həyata keçdi".

 

 

Qeyd edək ki, Tolik bundan əvvəl Natəvan, Xuraman Şuşalı, Rəqsanə İsmayılova, Nüşabə Ələsgərli, Safura Əlizadə və digər tanınmışlarla çalışıb. Prodüser daha əvvəl Aygün Kazımova ilə işləsə də sonradan ondan ayrılaraq, Röya ilə işbirliyi qurmuşdu. Elə keçən ilin yanvar ayında Röya ilə ayrılaraq, yenidən Aygün Kazımovanın yanına qayıdıb.

# 2351
avatar

Yalçın UĞUR

Oxşar yazılar