Ötən gün tanınmış aparıcı Səxavət Nur doğum gününü təmtəraqlı şəkildə edib. Lent.az-ın məlumatına görə, aparıcının “33-ə hələlik” adı altında keçirdiyi ad günü qonaqlığına bir çox şou nümayəndəsi və yaxınlarını təşrif buyurub. Aparıcı bildirib ki, o, həyatında ilk dəfə doğum gününü qeyd edir: “Bu yaşıma qədər doğum günümü qeyd etməmişəm. Ancaq bildiyim qədəri ilə 33 yaş insanın ən kamilləşən dövrü hesab olunur. Bu gün məni təbrikə gələn hər bir kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”.
Aparıcının ad günündə xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Ramal İsrafilov, Sevda Yahyayeva, Rəşad İlyasov, Ayan Babakişiyeva, Orxan Babazadə, Emil Bədəlov, Fəqan Səfərov, Elçin Cəfərov, Xəyyam Nisanov, prodüser Təranə Səmədova, aparıcılar Zaur Baxışəliyev, Günay Qələndərli, Zaur Kamal, Murad Arif və digər şou nümayəndələri iştirak edib. Aparıcının ad günündə, şou nümayəndələrinin dünyaca məhşur olan "gangam style" mahnısını rəqs etməsi, gecəyə dahada rəngarənlik qatıb.