Bəstəkar Pərviz Mahmudov yeni işlərindən söz açıb. Lent .az-a açıqlama verən bəstəkar yeni bəstələdiyi “De mənə ” adlı bəstəsinin artıq radioda səsləndiyini deyib: “ Sözləri Leyli İsrafilovanındır, mahnını müğənni Sevda Yəhyayeva ifa edib, artıq iki gündür, radioda səsləndirilir. Kompozisiyanı Elvin Musayev aranjeman edib. Bu mahnımın da seviləcəyinə inanıram”.