Dünən paytaxtın ticarət mərkəzlərinin birində gənc müğənni Sevda Yəhyayeva 5 yaşlı Dursun balanın ürək əməliyyatı üçün yardım aksiyası keçirib. Lent. az-ın məlumatına görə, prodüser Tarix Əliyevin ( Tolikin) təşkilatçılığı ilə baş tutan aksiyada
ifaçı musiqi toplusunu (“Tut əlimdən” solo konsertinin videoyazısı, “Sevənlərin ulduzları” albomu və kliplərindən ibarət disk) məhz Dursuna yardım etmək üçün gələnlərə hədiyyə etdi. Afaq Gəncəlinin aparıcılığı ilə baş tutan aksiyada xalq artisti İlhamə Quliyeva, müğənnilər Elçin Hüseynov, Pərvin Lətifov və başqaları iştirak edib.
Sonda Ucarın Lək kəndində yaşayan Dursun bala üçün 2566 manat və 300 ABŞ dolları toplandı, vəsait onun ailəsinə təqdim olundu.
Sevda Yəhyayeva 5 yaşlı körpəyə ...
2000