“Eurovision-2012” musiqi yarışmasında Azərbaycanı təmsil edən Səbinə Babayeva “Baku Jazz Centre”də konsert proqramı ilə çıxış edib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bu cür konsertlər silsilə şəklində olacaq: “Ailə qurduqdan sonra bir çoxu yaradıcılığımda gerilədiyimi düşündü. Lakin bu, belə deyil. Ailə qurmağımın yaradıcılığıma mənfi təsiri yoxdur. “Eurovision-2012”də Azərbaycanı təmsil etməmişdən öncə “Jazz Centr”də həftə sonları solo-çıxışlar edirəm. Yenidən bu ənənəni davam etdirirəm”.
Qeyd edək ki, konsert zamanı müğənni pərəstişkarlarına “Sari Gəlin” mahnısını da ifa edib. Müğənni konsertini “When the music dies” mahnısı ilə yekunlaşdırıb.