40 yaşlı müğənni Şakira ilə vətəndaş nikahında yaşadığı 30 yaşlı əri Jerar Pikenin ayrılıq səbəbi bəlli olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyə yaxın mənbənin bildirdiyinə görə, Şakiranın Pikedən ayrılmasına bir-birlərinə yetərincə zaman ayıra bilməmələri səbəb olub. Belə ki, müğənni işlərin çoxluğundan, demək olar ki, ərinin üzünü görmürmüş.
Pikenin oğulları 4 yaşlı Milan və 2 yaşlı Saşa ilə vaxt keçirməməsi Şakiranın bu addımı atmasına səbəb olub.
Qeyd edək ki, məşhur cütlük sonuncu dəfə iyunda Lionel Messinin toyunda birlikdə görülüb.