Müğənni Ruhi Azərbaycanda münsif olduğu bir layihə ilə əlaqədar İstanbulda olub. Lent.az-ın məlumatına görə, tanınmış dizayner Hakan Akkayanın dəvəti ilə Türkiyədə olan Ruhi modelyerin yeni mağazasının açılışında da iştirak edib.
Fevralın sonu məşhur model Şenay Akay və xoreoqraf Uğurhan Erez, martın ilk ongünlüyündə isə modelyer-dizayner Hakan Akkayanın da Ruhinin dəvəti ilə Azərbaycana səfər edəcəyi gözlənilir. Artıq adları çəkilən şəxslərlə müqavilələr imzalanıb. Hakan Akkaya tweeter səhifəsində, Şenay Akay instagram profilində Ruhi ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, layihənin növbəti qonağı Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva olacaq. Ana olandan sonra ilk dəfə Azərbaycana gələn Günay 5 gün Bakıda qalacaq.