Röya ailəsindən danışdı: “Məni alıb peşman olublar ki?” - MÜSAHİBƏ
23 yanvar 2013 15:13 (UTC +04:00)

Röya ailəsindən danışdı: “Məni alıb peşman olublar ki?” - MÜSAHİBƏ

Bir neçə ay öncə Türkiyə şou-biznesinə iddialı qatılan tanınmış müğənnimiz Röya Ayxan yenidən Bakıdadır. Həmkarları arasında bahalı klipləri, qalmaqallı açıqlamaları ilə daim diqqət mərkəzində olan Röya fəaliyyətini Türkiyədə davam etdirir. Türkiyədə ilk mahnısını təqdim edən müğənni qısa vaxtda həmin ölkənin mətbuatının diqqət mərkəzində oldu. Röya Türkiyədəki yaradıcılığından, şəxsi həyatından, haqında gəzən şayiələrdən Lent.az-a danışdı.

- Bir neçə aydır ki yaradıcılığınızı Türkiyədə davam edirsiniz. Fəaliyyətinizi necə qiymətləndirirsiniz?

 

- Mən adətən, yeni ifa etdiyim mahnını öncədən anons etmirəm. Çünki nə yenilik oldusa, birdən ortalığa çıxır. Türklərlə işbirliyim nəticəsində ərsəyə gələn “Göndər” adlı sinqlımdan sonra növbəti mahnı artıq hazır olmaq üzrədir. Bu mahnı “Gəmiçilər” adlı mahnıdır. Düşünürəm ki, bu mahnı da o biri mahnılarım kimi seviləcək. Artıq Türkiyədə “Göndər” adlı mahnım satış üzrə 8-ci pillədədir. Bu da məni sevindirməyə bilməz. Çünki az əvvəl qardaş ölkənin şou-biznesinə qatılmışam, mahnım orada sevilib. Bu da mənim üçün bir uğurdur.

 

- Düşünürsüz ki, sizi orada hər kəs tanıyır?

 

- Yox. Bunun üçün müəyyən bir zamana ehtiyac var. Hələ mən yeni başlamışam. Desəm məni orada hər kəs tanıyır, yalan olar.

 

- Türkiyədə müğənnilərimizdən daha çox kim tanınır ?

 

- Papağımızı qarşımıza qoyub kişi kimi danışsaq, orada heç kimi tanımırlar. Bu, reallıqdır ki, bizim müğənnilərimizdən heç kimi orada tanınmır. Yalnız xalq artistimiz Zeynəb Xanlarova istisnadır. Sizə bir hadisə danışım, Türkiyədən Bakıya gəlmək üçün hava limanına gedirdim. Elə oldu ki, təyyarəyə gecikdim. Mühafizəçilər məni buraxmırdı. Onlara söylədim ki, Azərbaycandan gəlmişəm. Sonra cavan oğlandan soruşdum ki, azərbaycanlı müğənniləri tanıyırsanmı? Dedi ki, bəli tanıyıram. Amma bircə sənətçinizi - Zeynəb Xanlarova. Bu, mənim üçün böyük bir şərəf oldu. Zeynəb Xanlarovanın vətənindən olduğuma görə çox sevindim. Təyyarəyə gecikməyimə baxmayaraq, məni son anda çatdıra bildilər. Buna görə də Zeynəb Xanlarovaya təşəkkür düşür. Daha sonra mən onlara söylədim ki, mən də Azərbaycanın tanınmış müğənnisiyəm.

 

- Röyanın Türkiyə şou-biznesinə qatılmağını bir çox şou nümayəndələri dəstəkləsə də, əksəriyyəti isə bunun boş yerə pul itkisi olduğunu söylədi. Hətta Nadir Qafarzadə dedi ki, mən Röyaya demişdim, Türkiyə şou-biznesinə qatılmasın pul çatdıra bilməyəcək.

 

- Bu müzakirələr hər bir işdə var. Elə mənim ailə üzvlərim də mənim Türkiyə şou-biznesinə qatılmağımın əleyhinə idi. Amma mən qarşıma bir məqsəd qoydum ki, mən bunu edəcəyəm. Həm də, çoxları inanmırlar axı Röya orada tanınar. Artıq mənim orada qazandığım uğurlar göz qabağındadır. Mən daxildən o qədər təmiz adamam. Mənim xarakterimdə kiməsə pislik etmək, pis planlar qurmaq, evinə əl uzatmaq, ruzisini əlindən almaq kimi xüsusiyyətlər yoxdur. İnsan gərək özünü tərifləməsin. Amma bəzən bunu deməlisən ki, bu, belədir. Əksəriyyəti onsuz da bilir ki, Röyanın ürəyi təmizdir. Uğurlarımın səbəbi də elə budur.

 

- Son dönəmlərdə adınız bir çox qalmaqallarda hallandı. Bir çox şayiələr söyləndi. Bununla bağlı nə demək istərdiniz?

 

- Bu mövzularda heç bir şey söyləmək istəmirəm. Mənim barəmdə nə şayiələr, sözlər yayılsa da mən cavab verməyəcəyəm. Mən öz işimdəyəm. Danışmıram, iş görürəm.

 

- Müğənninin könlünü qırmamaq üçün duet oxumaq məcburiyyətində qalmısınızmı?

 

- Mən duet oxuduğum müğənnilərin yaxşı xüsusiyyətlərini qəbul edirəm, öz-özümə deyirəm ki, yaxşı adamdır. Ondan sonra isə duet oxumağa qərar verirəm. Allah kiməsə ruzi verir. Sən əgər o ruzini kimlərləsə bölüşməsən, yaradan əlimizdə olanları da almış olar. Müğənnilərimizlə duetlərimiz davam edir. Elə bu yaxınlarda Zamiqlə Nailə Mirməmmədlidən bir mahnı oxuyacağam. Daha sonra Rüfət Axundovla da bir duet ifa edəcəyik.

 

- Siz ailə həyatı qurmağınızla şou-biznesdə olan bir neçə sənətçinin də yolunu açdınız...

 

- Bəli, doğru qeyd etdiniz. Mən ailə həyatı qurmağımla sübut etdim ki, müğənni ilə də ailə həyatı qurmaq olar. Biz nə qədər qızlara, oğlanlara yol açdıq. Bu, yaxşı haldır.

 

- Bir oğlunuz var. O  gələcək də şou biznesdə olan xanımlardan biri ilə ailə həyatı qurmaq istəsə Röya razı olacaq?

 

- Əlbəttə, razı olacağam. Məni alıblar, peşmandırlar? Mən onlara dost olmuşam. Ona görə də oğlum kimi seçsə, onunla da ailə həyatı quracaq.

 

- Röya oğlunun nəçi olmağını istəyir?

 

- Məncə oğlum idmançı olacaq. Elə ancaq ora təpik atır, bura təpik atır. Uşaq bütün günü davadadır. Döyüş filmlərinə baxmağı çox sevir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9071
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41