Müğənni Rəşad İlyasov “Mənə əllərini ver” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimini keçirib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, klipi rejissor Fuad Əlişov ekranlaşdırıb: “ Tez-tez klip çəkdirməyi sevmirəm. Lakin bu qədim türk mahnısını ifa edədən sonra qərara gəldim ki, ekranlaşdırım.Məni tanınmış musiqiçilər, əməkdar artist Ənvər Sadıqov və Ramin Həsənov müşayiət etdi. Seyr edənlər mahnı ilə klipin vəhdət təşkil etdiyini söylədilər. Bu, məni sevindir.”
Təqdimatda əməkdar artist Mətanət İsgəndərli, Lalə Məmmədova, müğənnilərdən Elariz Məmmədov, Elnarə Xəlilova, teleaparıcı Səxavət Nur və başqa sənət nümayəndələri iştirak edib.