Türkiyənin “Show TV” kanalında yayımlanan “Bu gün ne giysem?” adlı moda yarışmasında iştirak edən azərbaycanlı model Səbinə Allahverdiyevadan xəbər var. Lent.az-ın məlumatına görə, final gecəsinə 18 iştirakçının qatıldığı müsabiqəyə mavi rəngli libasla qatılan modelimiz heç bir mükafata layiq görülməyib. Belə ki, münsiflər heyəti tərəfindən bəyənilən modelimiz mümkün olan səsləri yığa bilmədiyinə görə yarışmanı vaxtından tez tərk etməli olub.
Qeyd edək ki, 80 yaşlı Rəna Özmutlu “Türkiyənin ən gözəl geyinən qadını” seçilib.