Müğənni Elxan Şirinov peşəsinə qayıtmaq arzusundadır
08 yanvar 2013 11:12 (UTC +04:00)

Müğənni Elxan Şirinov peşəsinə qayıtmaq arzusundadır

Müğənni Elxan Şirinov arzusunu dilə gətirib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, yenidən müəllimlik etmək arzusundadır.

“Mən uzun illər Azərbaycan Dillər Universitetində müəllim işləmişəm. Lakin qəflətən səhhətimdə yaranan problemlər üzündən əsl peşəmdən ayrı düşdüm. Çox istərdim, yenidən müəllimlik edim, tələbələrim olsun. Amma bu hələlik bu, arzu olaraq qalır. Ümidimi itirmirəm, yenidən öz peşəmə qayıtmaq niyyətindəyəm. Çünki artıq müalicəm yekunlaşıb” - deyə o, bildirib.

# 2301
avatar

Yalçın UĞUR

Oxşar yazılar