“İllərdir Azərbaycan musiqi sənətinə xidmət edirəm. Ancaq indiki vəziyyətdən çox narazıyam”. Bunu Lent.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev Azərbaycan şou-biznesini xarakterizə edərkən deyib.
Xalq artisti mədəniyyətin bu sahəsinə kəskin narazılığını bildirib: “Əvvəllər diaspor təşkilatları tez-tez xarici ölkələrdə konsert proqramları təşkil edirdilər. Ancaq indi bu hal çox nadir hallarda baş verir. Ölkəmizdə kifayət qədər təcrübəli müğənnilər var. Onlar xarici səhnələrdə çıxış edərək, daha da püxtələşməlidirlər. Amma bizim müğənnilər Azərbaycan toy bazarında çıxış edərək, fəaliyyətlərini bitmiş hesab edirlər. Məncə, ifaçı toya gedib pul qazanmaqdan başqa, sənətini ölkədən kənarda da nümayiş etdirməlidir. Yenə deyirəm, çox təəssüflər ki, bizim müğənnilər toy bazarında özlərini təsdiq etməyi daha üstün bilirlər” .