Müğənni Mətanət Əsədova şou-biznesdən uzaq düşüb. Lent.az-a açıqlama verən müğənni bildirib, şou aləmindən kənar gəzir. “Sakit, öz həyatımı yaşayıram. Mənə söz- söhbət lazım deyil. Yalnız sənətimlə məşğulam”.
Müğənni yaradıcılıq işlərindən də danışıb: “ Bir neçə mahnı yazdırmışam. İki mahnım artıq hazırdır. Bunlar Xoşqədəm Hidayətqızının sözlərinə, bəstəkar Xanım İsmayılqızının bəstələdiyi “Get” və Sevda Məmmədlinin “ Uzağa getmə” adlı mahnılardır. Bir neçə türk mahnılarını yeni oranjemanda ifa etmişəm. Tezliklə bu mahnılar da tam hazır olacaq”,- deyə o bildirib.