Azərbaycanın əməkdar artisti Mehriban Xanlarovanın küllü miqdarda borcu olduğu iddia olunur. Lent.az-ın məlumatına görə, ötən gün bu barədə ATV telekanalının “Ümid var” verilişində bildirilib. Aktrisanın paytaxtımızda fəaliyyət göstərən gözəllik salonun sahibəsi olan Günel adlı xanıma 70.000 manat borcu olduğu iddia olunub. İddiaçı Mehriban Xanlarovanın pulu qaytarmalı olduğunu deyib. Mehriban Xanlarova isə öz növbəsində “Əgər Günel adlı xanım məni əsəbiləşdirsə, 70.000 manatı özü mənə ödəməli olacaq” deyib.
Məsələ ilə bağlı Mehriban Xanlarova ilə əlaqə saxladıq. Aktrisa Lent.az-a açıqlamasında deyilənlərin yalan olduğunu və Günel adlı xanımı tanımadığını bildirdi: “Günel adlı birini tanımıram. Dünən efirdən əleyhimə söylənənlər tam yalandır. Qız sadəcə məni şərləyir. Ona borcum varsa, çıxsın efirdə desin ki, Mehribanın borcu var. Mən göz qabağındayam. Ancaq məni şərləyən qız ortalıqda yoxdur. Qoy bunu hər kəs bilsin ki, heç kimə borcum yoxdur”.