Müğənni Könül Kərimova Moskvannın məşhur “Ostankino” teleqülləsindəki “Korolevskaya” sarayında konsert verəcək. Bu barədə Lent.az-a Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və İncəsənəti Studiyasından bildiriblər.
“Öncədən Könül xanımla razılıq əldə etdik ki, o, mart ayında Moskvada konsert proqramı ilə çıxış etsin. “Bir könüldən min könlə” adı altında baş tutacaq konsertdə Könül Kərimova tək çıxış etməyəcək. Konsertdə Cabbar Musayev, türk müğənnisi Adil Qaraca, İlham Qasımov, Nuri Şərinlədirici, “Bakı atəşi” ansamblı və “Kalorit” rəqs qrupu müşayiət edəcək. Konsertə biletin qiyməti isə 700 rubldan 7 min rubl (təxminən 23-230 dollar) arasında dəyişir”.