Müğənni İradə İbrahimova türkiyəli musiqiçilərlə əməkdaşlığını davam etdirir. Hazırda Türkiyədə olan sənətçi yeni xəbərlərini Lent.az-la bölüşüb.
“Bütün işlərimdə həyat yoldaşım Ceyhun İzərdən dəstək alıram. Yaradıcılıqla bağlı işlərimi də onunla birgə edirəm. İfa etdiyim yeni mahnıların hazırlıqları isə bu yaxınlarda tamamlanacaq. Növbəti mərhələ isə ifa etdiyim bu mahnıları sinql şəklində buraxmaqdır” - deyə, müğənni əlavə edib.
Qeyd edək ki, İradə İbrahimovanın dəstək aldığı türkiyəli məşhurlardan Murad Dalkılıc, Ozan Çolaqoğlunun sırasına müğənni Gülşən də qoşulub. Belə ki, studiyaya gələn türkiyəli sənətçi Gülşən İradə ilə söhbətdən sonra səsini dinləmək istədiyini bildirib. Həm səs yazısını, həm canlı şəkildə sənətçimizə qulaq asan Gülşən, xoş sözlərinin ardınca İradəyə dəstək olacağını da bildirib.