Flora Kərimova: “Mənə hansı əsasla cinayət işi açmağı planlaşdırırlar?!”
16 fevral 2013 11:20 (UTC +04:00)

Flora Kərimova: “Mənə hansı əsasla cinayət işi açmağı planlaşdırırlar?!”

Xalq artisti Flora Kərimova 42 il əvvəl üzləşdiyi qəza ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Xalq artisti Lent.az-a açıqlamasında hadisənin indi gündəmə gətirilməsindən təəccübləndiyini deyib:

 

“Üstündən 42 il keçmiş bir hadisəni bu günlərdə zarafatla dost-tanışlara söylədim. İki gün keçmiş söylədiklərimi mediada oxudum və yol polisləri tərəfindən bu yazıya hədə dolu kəskin reaksiya məni ən azı təəccübləndirdi. Xəbərin başlığından sonra “keçmişdə” sözünə (yəni hadisə çox illər bundan əvvəl baş vermiş) əhəmiyyət vermədən, sanki hadisə bu gün olmuş kimi, olmazın qədər şişirtmək və cinayət işi açmaqla məni cinayət məsuliyyətinə cəlb etmək oldu. Bir də məni təəccübləndirən odur ki, təfsilatı bilmədən, olmuş hadisənin vaxtının dəqiqləşdirmədən, araşdırmadan, ümumiyyətlə, həqiqəti öyrənmədən məni açıq-açığına ittiham edib, cəzalandırmaq kimi ağır məsuliyyəti boynuna götürməkdi. Bu fikrə düşənlərə bir neçə sualım var:

 

 

1. Mənim kimi yenicə sürücülüyə yiyələnən bir kəs maşını əks səmtdə sürməsi yol qaydası pozuntusudur ya cinayətdir? Və qanunla pozuntu sayılan bir halın cinayətə nə aidiyyatı?
 

2. Ömürlük cəza alanlar istisna olmaqla, qalan halda caninin cinayət məsuliyyətinə cəlb olma müddəti keçdisə, yəni 2, 7, 12, 15 ildən sonra bu insanlar tutulmaq qorxusundan azad olan halda, mənim timsalımda söylədiyim hadisədən 42 il keçməsinə baxmayaraq, məcəllənin hansı qanununa söykənib cinayət işi açmaq fikrindədirlər?
 

3. İstər keçmiş, istərsə müasir dövrümüzdə bu kimi pozuntuların cəzası pul cəriməsidirsə, mənə cinayət işi açmaqla neçə il cəzalandırmaq planlaşdırılır?
 

4. Mənimlə bağlı hadisə son zamanlar baş veribsə və bu vaxta qədər ölçü götürülməyibsə, nə səbəbdən məhz mediada bu informasiya səslənəndən sonra mən hədələnib, top atəşinə tutuluram?
 

5. Bədxahlarımın əleyhimə mətbuatda və kanallarda çox aktiv apardığı kampaniyada mənə qarşı yalanlara dəstək verənlər nə məqsəd güdürlər?
 

6. İllərlə əyilməyən, sürünməyən, yaltaqlanmayan, hədələr içində bərkiyən, qorxudan çoxdan çıxmış bir insana cinayət işi açmaqla diz üstə qoymaq olarmı?”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3596
avatar

Yalçın UĞUR

Oxşar yazılar