“Firuzə xanımı gəlir qane etmir. Mənə deyir ki, 400-500 manat mənə bəs deyil”.
Lent.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Cavançir Məmmədov duet ortağı Firuzə İbadova ilə ayrılmasın münasibət bildirərkən deyib. O bildirib ki, verdiyi pulla Firuzə İbadova razılaşmadığı üçün ayrılmaq qərarına gəliblər: “Mən toya üç min manata gedirəm, onun 13-15 faizini Firuzə xanıma verirəm. Hansı konsertə getmişəmsə, Firuzəni qabağa çəkmişəm. O isə getdiyi heç bir yerə məni aparmayıb”.
Cavanşir Məmmədovun bu ittihamlarına həmkarı Firuzə İbadovanın cavabı gecikməyib.
Lent.az-a açıqlama verən müğənni bildirib ki, həmkarının söylədiyi fikirlər həqiqəti əks etdirmir. “Cavanşirlə ayrılmağımda pul yox, başqa prinsiplər var. Bu amillər, söz-söhbətlər mənim sənətimin kiçilməsi üçün idi. Məhz buna görə də ayrılmağa qərar verdim. Heç vaxt imkan vermərəm ki, sənətimi tapdalasınlar. Görürdüm ki, bəzi səsi olmayan müğənnilərə o, təkan verir. Mən də bu təkanlarda pay sahibi olmamaq üçün geri çəkildim. İndi o, hər dəfə mətbuata açıqlamasında ayrılmağımıza səbəb kimi maddi məsələləri göstərir. Mən isə bu pul məsələsini danışmağa belə utanıram. Onun maddi məsələlərdən danışması məni qıcıqlandırır”, - deyə müğənni əlavə edib.