Fəqan “Mən istəmirəm”i təqdim etdi
07 yanvar 2013 17:44 (UTC +04:00)

Fəqan “Mən istəmirəm”i təqdim etdi

Gənc müğənni Fəqan Səfərov musiqisi özünə, sözləri Leyliyə məxsus olan “Mən istəmirəm” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. Bu barədə Lent.az-a açıqlamasında müğənninin prodüseri Təranə Səmədova bildirib.

 

“ Neçə vaxt idi ki,  Fəqanın “ Mən istəmirəm” adlı mahnısının klip çəkilişləri gedirdi. Klipdən öncə rejissorluq işini kimə həvalə etmək barəsində düşünürdük. Belə bir qərara gəldik ki, bu mahnıya  Anar Hüseynovla ekran həyatı verək. Seçimimizdə yanılmamışıq. Çünki, fərqli bir klip ərsəyə gəlib. Bu klip “Youtube”da izlənilməkdədir. Azərbaycan şou-biznesində 2013-ci ilin ilk klipi Fəqan Səfərovun adi ilə bağlıdır” - deyə, o vurğulayıb.

# 978
avatar

Yalçın UĞUR

Oxşar yazılar