Əməkdar artist: “Evimdəki əşyaları satmaqla dolanıram”
29 dekabr 2012 13:56 (UTC +04:00)

Əməkdar artist: “Evimdəki əşyaları satmaqla dolanıram”

“Hər gün evimdən nəyisə satmaqla dolanıram. Nə vaxta qədər satacağam axı? Axırda nəyimi satacağam? Artıq evimdə də heç bir şey qalmayıb”.

Bunu Lent.az-a səhhətində ciddi problemlər olan əməkdar artist Kəmalə Rəhimli söyləyib.

 

Müğənni ona qarşı diqqətsizlikdən şikayətlənərək bildirib ki, həkim nəzarətindədir: “Məni heç kəs xatırlamır. Heç bir yerdən gəlirim yoxdur. Toylara da getmirəm. Artıq evimdə hər şey tükənib. Hər gün evimdən nəyisə satmaqla dolanıram. Nə vaxta qədər evimdən əşyalarımı satacağam axı? Axırda nəyimi satacağam? Artıq evimdə də heç bir şey qalmayıb. Vəziyyətim çox pisdir. Bilmirəm hara müraciət edim ki, mənə yardım etsinlər. Bir neçə yerə müraciət etməyimə baxmayaraq, heç bir müsbət cavab almamışam. Mən axı illərimi, canımı bu sənətdə qoydum. Budurmu mənim mükafatım, sənətimə olan qiymət? Xəstə canımla yaşamaq uğurunda mübarizə aparıram”.

# 3882
avatar

Yalçın UĞUR

Oxşar yazılar