Əməkdar artist: “Döndər məni o üzünə, bu üzünə”
07 fevral 2013 12:26 (UTC +04:00)

Əməkdar artist: “Döndər məni o üzünə, bu üzünə”

“Şeir yazmaq Allahdan mənə verilən vergidir. Uşaq vaxtlarımda bir çox insan qeyri-adi bacarığımı hiss etmişdi”.

 

 

Bunu Lent.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. Müğənni bildirib ki, o, hələ lap kiçik yaşlarından şeir yazıb: “O vaxtlar Sumqayıt şəhərində şairəlik dərnəyi var idi. Şeir yazmaq bacarığımı hiss edən anam məni şairəlik məktəbinə yazdırdı. Həftənin 5-ci günləri ora gedirdim. Hər həftə bir yeni şeir yazıb ora təqdim etməli idim. Beləcə, hər həftə yazdığım şerlərimi ora təqdim edirdim. Günlərin bir günü  müəllimim yazdığım bütün şerlərimə baxıb anama dedi ki, bu uşaq çox fərqli və yaradıcı insan olacaq. Elə müəllimin dediyi kimi də oldu və mən böyüdüm, oldum əməkdar artist Elza Seyidcahan. İndi şeirlərimi görən yaxınlarım söyləyir ki, çox gözəl yazıram. Onlara şeir yazmağım təəccüblü gəlir. Elə bilirlər ki, şeir yaza bilmərəm”.

 

 

Müğənni yazdığı sonuncu şeirini Lent.az-a təqdim edib. Şeir “Eşq səfəri” adlanır: “Siz də görün şairəlik istedadımı. Güman edirəm ki, bəyənəcəksiniz”.

 

 

 

“Eşq səfəri”

 

Özümə eşq axtarıram.

Mənə sadiq, layiq olsun

Çünki mən öz sevgilimə

Etibarlı bir xürrəməm.

Sevgilim olmasa, aşk səfərindən dönmərəm.

 

Bu səfərdən döndərməyə gücün çatır, döndər məni

Bəlkə sənsən eşq yoluma sığal çəkib gəzən məni

Döndər məni o üzünə, çöndər məni bu üzünə

Mən də baxım səmalarda göy üzündə

Bizim kimi dəlicəsinə bir-birinə naz edən,

mələklərin süzməsinə, üzməsinə, sevməsinə.

 

Orda bir şey tapmayacağam onu bildim.

Yalanların keçməsini, yalanların ötməsini

Onda bəlkə göy üzünə gedək AŞKIM...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Yalçın UĞUR

Oxşar yazılar