Reper Elşad Xosenin Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı barədə şayiələr dolaşır. Onun üzərindən narkotik maddə olan heroin aşkarlanaraq götürüldüyü iddia olunur. Bununla bağlı Lent.az-a açıqlama verən reper deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib: “ Başa düşmürəm, bu xəbəri kim yayıb. Məni heç kəs saxlamayıb. Əgər məsuliyyətə cəlb olunmuşamsa, sizinlə telefonla necə danışa bilirəm? Bu, bəzi cılız insanların uydurmasıdır. Hazırda özümü yaxşı hiss edirəm. Müalicələrimi davam etdirirəm. Boş-boş sözlərə isə əhəmiyyət vermirəm”.