<span style="color:red;">Elnarə Xəlilova:  “Əgər mənə inanmırsınızsa...”
20 oktyabr 2016 11:01 (UTC +04:00)

Elnarə Xəlilova: “Əgər mənə inanmırsınızsa...”

 

Müğənni Elnarə Xəlilova Səidə Sultanın “W-trio” qrupuna gəlməsi barədə açıqlama verib.  Xanım müğənni Lent.az-a açıqlamasında bildirib ki, S. Sultanı qrupa gətirdiyini təsdiq edəcək başqa bir şəxs də var. O, müəllimi və “W-trio”nun yaradıcısı, bəstəkar Vaqif Gərayzadənin tapşırığı ilə heyətə yeni üzvün tapılmasını Elnarəyə həvalə etdiyini deyir: “Kimin yalan - kimin gerçək dediyini yalnız bir insan sübut edə bilər. O da Vaqif Gərayzadədir. Röya qrupdan gedəndə məhz o, mənə tapşırdı ki, Röyanın yerinə adam tapım və hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. Tembr baxımından da maksimum Röyanın səsinə yaxın qız olmalı idi”.

 

“Bakı Payızı” müsabiqəsinə gələn Elnarə Səidəni ilk dəfə orada dinlədiyini deyir: "Ona yaxınlaşdım və bizim qrupda çalışmaq təklifini etdim. Bir yerdə Vaqif müəllimin yanına getdik. Vaqif müəllim müğənnini dinlədi və qrupa götürdü. Mənə də qrupun repertuarını öyrətməyi tapşırdı. İki ay sərasər Səidə ilə məşğul oldum. Yenə de deyirəm, halal xoşu. Ondan sonra Səidə “W-trio”da oxumağa başladı. Yalan ayaq tutar, amma yeriməz. Əgər mənə inanmırsınızsa gedin  Vaqif müəllimdən soruşun. Bu qədər. Burada da bu münaqişəyə son qoyulmasını və bir daha adımın Səidənin yanında hallanmasını istəmirəm. Allah hamının ürəyinə görə versin və verir də”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Ümidə Həsənova

Oxşar yazılar