Lent.az-ın məlumatına görə, tarzən kimi tanınan Humay Qədimova dostlarının təkidi ilə müğənniliklə məşğul olmağı qərara alıb. Müğənni repertuar seçimi zamanı xalq artisti Elmira Rəhimovanın mahnılarına müraciət edib. Elmira xanım mahnıların halallığını verib və ona uğurlar arzulayıb. Elmira xanımın “İntizardayam” mahnısını Humay yeni üslubda oxuyub və ona öz xallarını əlavə edib.