Xarici görünüşünə görə Tarkanla müqayisə olunan gənc müğənni Nurlan Təhməzli yeni klipini musiqisevərlərin ixtiyarına verib.
Lent.az-ın məlumatına görə, müğənni klipdə sevgilisindən ayrılan gənc obrazında görünüb.
Sözləri NADO-ya, musiqisi isə Elvin Musayev və özünə aid olan “Sevdamın adı sənsən” mahnısı Türkiyədə aranjeman olunub. Tez-tez Türkiyəyə səfərlər edən sənətçi yaxın gələcəkdə oranın şou-biznesində özünü sınamaq qərarına gəlib. Saçları və görkəmi ilə türkiyəli meqa-star Tarkanı xatırladan müğənninin orada çıxışının uğurlu olacağını zaman göstərəcək.
Nurlan Təhməzli isə Azərbaycanda sevilib, populyar olmağı hər şeydən çox istədiyini bildirib.