Aprelin 8-10-da Moldovanın paytaxtı Kişinyov şəhərində dünyanın ən böyük prodüser mərkəzlərindən olan MAXİMUM CONCERT COMPANY-nin təşkilatçılığı ilə WorldStar Contest Musiqi festivalı keçiriləcək. Festivalda dünyanın 25 ölkəsindən gənc ifaçılar çıxış edəcəklər. Azərbaycanı bu mötəbər müsabiqədə kimin təmsil edəcəyi fevralın 20-də bəlli olacaq. Bu barədə Lent.az-a məlumatı WorlStar Azərbaycanın direktoru Hüseyn Cavadzadə məlumat verib. O, Azərbaycanın yarışmada ilk dəfə iştirak edəcəyini deyib:
“Bu, siyasətdən uzaq, sırf sənət yarışmasıdır. Azərbaycanı yarışmada təmsil edəcək iştirakçını da hələlik adlarını gizli saxladığımız münsiflər heyəti seçəcək. Onu da qeyd edim ki, final mərhələsində qalibi dünya ulduzlarından ibarət münsiflər heyəti müəyyənləşdirəcək. İştirak etmək niyyətində olan gənclərimiz WorldStar Azərbaycanın rəsmi Facebook səhifəsinə və ya [email protected] ünvanına anketlərini yollaya bilərlər”.