Ötən gün xalq artisti Aygün Kazımova doğum gününü qeyd edib. Lent.az-ın məlumatına görə, müğənni keçən il ad günü tədbirini media nümayəndələrinin işıqlandırmasına icazə versə də bu il, ifaçı buna qadağa edib.
Çoxları müğənnin keçənilki doğum günü mərasimində olduğu kimi həmkarı Röyanın və işbirliyinə son qoyduğu prodüser Tolikin iştirakını gözləsə də, onlar həmin gecəyə qatılmayıblar. Müğənni ilə küsülü olduğu söylənilən Nura Suri isə qonaqlar sırasında olub.
Xalq artistini təbrikə xalq artisti Faiq Ağayev, Ayan Babakişiyeva, Elton Hüseynəliyev, Zamiq, Elnur Məmmədov və bir çox şou nümayəndəsi, yaxınları gəlib.