Manaf Ağayevin ifa etdiyi “Ay canı yanmış” adlı mahnının erməni müğənni Vartan Taymazyan tərəfindən oxunması müğənnini özündən çıxarıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bununla bağlı ciddi tədbirlər görmək niyyətindədir.
“Mən bir neçə gündür ki, Bakıya dönmüşəm. Erməni ifaçının mənim mahnımı oğurladığına görə, Müəllif Hüquqları Agentliyinə müraciət etməyi düşünürəm, özümə vəkil də tutacam. Məsələnin hüquq tərəfini o, yaxşı bilər. Nə tədbir lazımdırsa, görəcəm”, - deyə müğənni bildirib.
http://www.youtube.com/watch?feature=player_embedded&v=wbsu0gtREvc