“Survivor”da ŞOK   olay: yarış iştirakçısını qayıq vurdu, ayağı kəsildi
13 may 2026 11:21 (UTC +04:00)

“Survivor”da ŞOK olay: yarış iştirakçısını qayıq vurdu, ayağı kəsildi

0

Yunanıstanda yayımlanan “Survivor” yarışının iştirakçısı Stavros Floros Dominikan Respublikasında ağır qəza keçirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Aqios Dominikos bölgəsində baş verib. Stavros Floros çəkilişdən kənar vaxtda balıq ovlayarkən turist qayığının onu vurduğu bildirilir.

Qəza nəticəsində yarışmaçı ağır xəsarətlər alıb. Həkimlər onun bir ayağını amputasiya etməli olublar, digər ayağının topuq nahiyəsində isə ciddi zədələr qeydə alınıb. Məlumata görə, Floros hadisə zamanı çox qan itirib.

“Survivor”un prodüser komandası onun vəziyyətinin ağır, lakin stabil olduğunu və həyati təhlükəsinin olmadığını açıqlayıb. Hadisədən sonra çəkilişlər qeyri-müəyyən müddətə dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar