Seks simvolu onu formada saxlayan sirli yeməkdən danışdı
06 noyabr 2024 18:41 (UTC +04:00)

Seks simvolu onu formada saxlayan sirli yeməkdən danışdı

90-cı illərin ən tanınmış seks simvollarından biri olan və məşhur “Baywatch” serialının ulduzu Pamela Anderson bu gün heyvanların hüquqlarını müdafiə edən və sağlam həyat tərzini dəstəkləyən fəal kimi tanınır. 

Lent.az-ın xəbərinə görə, o, " Ürəkdən gələn reseptlər" adlı ilk yemək kitabını buraxıb.

Pamela bildirib ki, mərcimək ürək və həzm üçün faydalıdır, eləcə də tərkibindəki taninlər xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibindəki lif qan şəkərinin səviyyəsini sabitləşdirir, bu da mərciməyi şəkərli diabet, hipoqlikemiya və insulin müqaviməti olan insanlar üçün əla məhsula çevirir. Çünki o, vahid enerji tədarükünü təmin edir. O, öz şorbasını necə bişirdiyi barədə də məlumat verib.

Qazana soğan, kərəviz, yerkökü, kartof, balqabaq, şirin kartof, sarımsaq doğrayıb 5 dəqiqə qızardın. Sonra yaşıl mərcimək, zirə, zəncəfil, paprika, darçın, duz və istiot, ət bulyonu əlavə edib mərcimək bişənə qədər qaynadın. Bu şorba həm formada saxlayır, həm də tox tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6003
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar